“HABBL” TELESKOPU İKİ BİRLƏŞƏN SPİRAL QALAKTİKANI TƏSVİR EDİB

Avropa Kosmik Agentliyi (ESA) “Arp 122” obyektinin “Habbl” teleskopu ilə çəkilmiş şəklini paylaşıb. Maraqlıdır ki, əslində o, iki digər obyektdən – əyilmiş NGC 6040 spiral qalaktikası və müşahidəçi ilə üz-üzə yerləşən LEDA 59642 spiral qalaktikasından ibarətdir.

İki qalaktikanın kosmik toqquşması Yer kürəsindən 570 milyon işıq ili məsafədə baş verib. “Habbl” görüntünü məhz obyektlərin birləşməsi anında alıb, buna görə də mütəxəssislər deyirlər ki, birləşmə prosesi başa çatandan sonra “Arp 122” obyektinin necə görünəcəyini bilmək maraqlı olardı.