“HƏRBİ MÜNAQİŞƏLƏR ZAMANI MƏDƏNİ DƏYƏRLƏRİN QORUNMASI HAQQINDA KONVENSİYA” ÜZRƏ KOMİSSİYANIN YENİ TƏRKİBİ TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam verib.

Sərəncama əsasən, “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılan Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:

“Komissiyanın sədri

Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi

Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi.”.