HƏRBİ İDARƏETMƏ İNSTİTUTUNDA TƏKMİLLƏŞDİRMƏ KURSUNUN BURAXILIŞ MƏRASİMİ KEÇİRİLİB

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat – Taktiki fakültənin “Tabor (divizion) komandiri” səviyyəsində təkmilləşdirmə kursunun 66-cı buraxılış mərasimi keçirilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitutun rektoru polkovnik Elnur Əsgərli kursu bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Dinləyicilər kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra kursu bitirən məzunlara sertifikatlar təqdim olunub.