HƏRBİ HELİKOPTERİN QƏZAYA UĞRADIĞI YERDƏN GÖRÜNTÜLƏR

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.