
Azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçən erməni əsilli mülki şəxs qarşı tərəfə qaytarılıb.
Bu barədə Azərbaycanlı Əsir və Girovlara bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.
Onun sözlərinə görə, 69 yaşlı şəxs iyunun 9-u saat 12:00 radələrində erməni tərəfinə təhvil verilib.
