HƏKİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTUNA REKTOR TƏYİN EDİLDİ – SƏRƏNCAM

Nazim Adil oğlu Pənahov Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, N.Pənahov 12 oktyabr 2024-cü il tarixdən bu təyinatadək Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru olub.