“GÜZƏŞTLİ MƏNZİL” SEÇİMİ PROSESİ YEKUNLAŞIB

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılan 815 mənzilin seçim prosesi yekunlaşıb.
Bu barədə Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin mənzil satışına dair Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) təşkil etdiyi brifinqdə qurumun aparat rəhbəri Fərman Qurbanlı deyib.
Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini imzalayıblar.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi sentyabrın 28-də saat 15:00-da başlayacaq və oktyabrın 1-də saat 15:00-dək davam edəcək.