Dekabrın 29-da Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib.
Gürcüstan parlamentinin binasında keçirilən mərasimdə Gürcüstanın Baş naziri, nazirlər, parlamentin sədri və deputatlar, Mərkəzi Seçki Komissiyasının sədri və üzvləri, 300 nəfərlik Seçici Kollegiyasının üzvləri iştirak ediblər.
Mərasimə, həmçinin “Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili, partiyanın sədri İrakli Qaribaşvili, Baş katib Kaxa Kaladze və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri qatılıblar.
Yeni Prezidentin andiçmə mərasiminə xarici ölkələrdən qonaqlar, eləcə də Tbilisidə akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunmayıb.
Parlamentin sədri Şalva Papuaşvili yeni Prezidenti tribunaya dəvət edib.
Sonra yeni Prezident Mixail Kavelaşvili təntənəli şəkildə and içib, fəaliyyət proqramı barədə çıxış edib.