GÜRCÜSTANIN TƏHSİL, ELM VƏ GƏNCLƏR NAZİRİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilakhvari Fəxri xiyabanı ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, Giorgi Amilakhvari daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini anıb, məzarları üzərinə qərənfillər düzüb.