GÜRCÜSTANIN BAŞ NAZİRİ: ERMƏNİSTANDA SABİTLİK REGİON ÜÇÜN MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDİR

Ermənistanda sabitlik bizim üçün çox vacibdir. Bu sabitlik həm də bizim ölkələr və ümumilikdə region üçün mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə səfərdə olan Ermənistan hökumətinin başçısı Nikol Paşinyanla görüşdən sonra keçirdiyi brifinqdə söyləyib.

İ.Qaribaşvilinin sözlərinə görə, Ermənistanda siyasi, iqtisadi sabitlik bütün region ölkələri üçün vacibdir.

O, N.Paşinyanın yeni siyasi kursunun Ermənistanın sabit inkişafına və erməni xalqının rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib.

“Qarabağ müharibəsi bizim region üçün ciddi çağırış idi. Amma inanıram ki, münaqişənin həlli və N.Paşinyanın siyasi kursu regionumuzun inkişafı üçün yeni imkanlar açacaq. Bu da Ermənistana və erməni xalqına çiçəklənmə bəxş edəcək”, – deyə İ.Qaribaşvili əlavə edib.