GÜRCÜSTANDAKI SƏFİRLİK: AZƏRBAYCAN BEYNƏLXALQ HÜQUQA UYĞUN OLARAQ MÜDAFİƏ HÜQUQUNU REALLAŞDIRILIR

Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanla Azərbaycan arasında döyüş əməliyyatları barədə məlumat yayıb.

Bu barədə səfirliyin müşaviri Eldar Bayramov danışıb.

O bildirib ki, Ermənistanın fəaliyyəti beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir:

“Azərbaycan beynəlxalq ictimaiyyəti dəfələrlə Ermənistanın yeni təcavüzə və müharibəyə hazırlaşması barədə xəbərdar edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın davam edən təcavüzü və Azərbaycan ərazisində erməni qoşunlarının olması regionda sülhə və təhlükəsizliyə ciddi təhdiddir”.

Müşavir qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görür:

“Azərbaycan BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq özünün müdafiə hüququnu reallaşdırır”.

Diplomat əlavə edib ki, yaranan vəziyyətə və hadisələrin gedişatına görə, Ermənistanın hərbi-siyasi rəhbərliyi tam məsuliyyət daşıyır.