GÜRCÜSTANDA TƏBİİ FƏLAKƏT QURBANLARININ SAYI 24-Ə ÇATIB

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş verən təbii fəlakət nəticəsində həlak olanların sayı 24-ə çatıb.

Avqustun 11-də daha 3 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsinin Şovi kurort zonasında torpaq sürüşməsi olub.