GÜRCÜSTANDA TƏBİİ FƏLAKƏT QURBANLARININ SAYI 21-Ə ÇATIB

Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasında baş verən təbii fəlakət zonasından daha iki nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bununla da təbii fəlakət nəticəsində həlak olanların sayı 21 nəfərə çatıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, fəlakət bölgəsində daha 12 nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, avqustun 3-də Oni bələdiyyəsinin Şovi kurort zonasında torpaq sürüşməsi olub. Nəticədə 21 nəfər həlak olub, 26 nəfər yaralanıb, daha 12 nəfər isə itkin düşmüş sayılır.