GÜRCÜSTANDA 4,2 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ OLUB

Martın 1-də günorta saatlarında Gürcüstanda zəlzələ baş verib.

Bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunun Məmişlər kəndi ərazisində yerli vaxtla saat 14:52-də qeydə alınan zəlzələ 4,2 bal gücündə olub.