GÜRCÜSTAN PORTALI ŞUŞADA APARILAN ABADLIQ-QURUCULUQ İŞLƏRİ BARƏDƏ FOTOREPORTAJ YAYIB

Gürcüstanın “24news.ge” portalı Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərində aparılan abadlıq-quruculuq işləri barədə fotoreportaj yayımlayıb.

“Şuşada gedən abadlıq işlərindən görüntülər” sərlövhəli məqalədə oxucular Azərbaycanın mədəniyyət paytaxtı Şuşada davam etdirilən abadlıq işləri barədə məlumatlandırılır.

Qeyd olunur ki, Qarabağın Xan şəhəri Şuşada bir sıra tarixi binalar, yaşayış məntəqələri, abidələr təmir-bərpa olunur.