Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvaya rəsmi səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
“24news.ge”, “interpress.ge” və “aktual.ge” informasiya portalları Azərbaycan Prezidentinin səfəri, imzalanmış Bəyannamə və mətbuata verdiyi bəyanatdan xəbərlər hazırlayıblar.
Materiallar oxuculara Azərbaycan, rus, gürcü və ingilis dillərində çatdırılıb.
İmzalanan Bəyannamənin tam mətni də oxucuların diqqətinə çatdırılıb.