
Gürcüstanın nüfuzlu “24news.ge” və “aktual.ge” informasiya portalları Azərbaycan Prezidentinin əslən Gürcüstandan olan iş adamı Vaqif Məmişovu “Dostluq” ordeni ilə təltif etməsindən yazır.
Mətbuat Azərbaycan Prezidentinin bununla bağlı Sərəncam imzaladığını yazıb.
Bildirilir ki, “Konrad” Şirkətlər Qrupunun rəhbəri, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri V.Məmişov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.