GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanın Orta Asiya regionu ölkələri ilə münasibətlərinin yüksələn xətlə inkişafı.

Türkmənistan Xalq Məclisinin sərdi Qurbanqulu Berdiməhhəmmədovun ölkəmizə səfəri və ilk dəfə azad edilmiş ərazilərimizə səfəri fonunda təhlil.

2. Azərbaycanın Şimali Kiprə mənəvi-siyasi dəstəyi.

Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Kipr mövzusunda geniş formatda qeyri-rəsmi toplantı fonunda Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın ölkəmizlə bağlı açıqlamalarına dair şərh.

3. Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycandan Naxçıvana çəkiləcək Zəngəzur dəhlizinin idarəsinin özəl şirkətə verilə biləcəyi barədə açıqlaması.

Bu açıqlama fonunda Ermənistanın Zəngəzur Dəhlizi ilə bağlı öhdəliklərinə əməl etməməsi, siyasi manipulyasiyaya yol verməsi barədə təhlil.

4. Rusiya-ABŞ münasibətlərinin yenidən gərginləşməsi.

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə qarşı kəskin ittihamları, Moskvaya qarşı yeni sərt sanksiyaların tətbiqi mümkünlüyünə dair təhlil.

5. Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi embarqo.

Rusiyanın Ermənistandan gül və konyak idxalına problemlər yaradılması, bunun İrəvana təzyiq cəhdi olması mövzusunda şərh.