
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan və Ermənistan liderlərinin görüşü, iki ölkə arasında sülh prosesi
Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş, onun nəticələri, bunun sülh prossesinə təsiri kontekstində mövzunun şərhi.
2. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafı
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, həmkarı Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, apardığı müzakirələr, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” imzalanması fonunda mövzunun şərhi.
3. İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları
Mövzunun İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi ilə bağlı iddiaları, bu yanaşmanın ölkə prezidenti Məsud Pezeşkianın və xarici işlər naziri Abbas Əraqçinin yekun sənədlə bağlı tutduqları mövqe ilə ziddiyyət təşkil etməsi, ermənipərəst səfirlə bağlı artıq rəsmi Tehranın ölçü götürməsinin zəruriliyi kontekstində şərhi.
4. Fransada demokratiyanın boğulması
Fransa polisinin müxalifətin ifrat sağçı lideri Marin Le Penin rəhbərlik etdiyi Milli Birlik Partiyasının qərargahında və bir neçə liderin evində axtarış aparması, müxali qüvvələrin görünməmiş təzyiqlərlə üzləşdiyini bəyan etməsi, bu ölkədə demokratiyanın boğulmasının daha dinamik vüsət alması fonunda mövzunun şərhi.
5. Rusiya və Ermənistan arasında münaibətlərin daha da gərginləşməsi
Rusiya vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulması, rəsmi Moskvanın bundan narazılığı fonunda mövzunun şərhi.