GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Xəzər dənizində Özbəkistanın ticarət donanmasının yaradılmasında Azərbaycanın rolu

Özbəkistanın Xəzər dənizində ticarət donanmasının yaratması prosesinə Azərbaycanın etdiyi yardımlar, bu ölkənin məhsullarının dünya bazarlarına nəqlində rəsmi bakının atdığı digər addımlar kontekstində mövzunun şərhi.

2. Ermənistanda ictimai-siyasi vəziyyətin kəskinləşməsi

Ermənistan parlamentində “Hayastan” fraksiyasının lideri Seyran Ohanyanın və katib Artsvik Minasyanın toxunulmazlığından məhrum edilməsi, onların və digər müxaliq təmsilçilərinin həbsinə görülən hazırlıq, həmçinin artıq müxalif düşərgənin və kilsənin bəzi nümayəndələrinin azadlıqdan məhrum olunmaları, bunun ictimai-siyasi vəziyyəti kəskinləşdirməsi fonunda mövzunun şərhi.

3. “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi

Mövzunun “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi, burada aparılan müzakirələr, onların əhəmiyyəti  kontekstində  şərhi.

4.  Azərbaycan-Rusiya münasibətlərində davam edən gərginlik

Rusiyanın davam edən yanlış siyasəti  səbəbindən Azərbaycanla münasibətlərdə gərginliyin davam etməsinin şimal qonşumuz üçün yaratdığı problemlər, Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkovun Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün Bakıya gəlişinin bu gərginliyin həllinə mümkün təsirləri fonunda mövzunun şərhi.

5. Ticarət müharibəsinin yenidən kəskinləşməsi, bunun dünya iqtisadiyyatına təsiri

ABŞ-nin gələn aydan etibarən yenidən bir sıra ölkələrə qarşı yüksək tariflər tətbiq etməyə hazırlaşması, gözlənilən cavab tədbirləri, bunun ticarət müharibəsini “alovlandırması”, baş verənlərin dünya iqtisadiyyatına təsiri fonunda mövzunun şərhi.