
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Rusiyada müxtəlif millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasət
Rusiyada müxtəlif millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya və islamofob siyasətin getdikcə daha kəskin xarakter alması, bunun mümkün nəticələri fonunda mövzunun şərh edilməsi.
2. Ermənistanın mina terrorunun davam etməsi
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşının xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndində piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması, bunun Ermənistanın mina terrorunun davam etməsinin daha bir təzahürü olması kontekstində mövzunun təhlili.
3. Avropa Parlamentin anti-Azərbaycan fəaliyyətinin davam etməsi
Mövzunun Avropa Parlamentində Azərbaycana qarşı növbəti qərəzli birgə bəyanat qəbul olunması, qurumun hələ də ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışması istiqamətində rəylərin hazırlanması.
4. İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddiaları
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sübhaninin Qərbi Azərbaycan İcması ilə bağlı cəfəng iddiaları, bunun Azərbaycan və İran arasında münasibətlərə xələl gətirməsi, rəsmi Tehranın artıq həmin səfirlə bağlı ölçü götürməsinin vacibliyi fonunda mövzunun şərhi.
5. Rusiyanın Cənubi Qafqazda mövqe və nüfuzunu itirməsi
Cənubi Qafqaz ölkələrinə münasibətdə Rusiyanın yol verdiyi ciddi xəta və yanlışıqların təhlil və şərh edilməsi.