GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə bağlı fikirləri

Prezident İlham Əliyev Mingəçevirdəki çıxışında növbəti dəfə enerji təhlükəsizliyini milli və qlobal prioritet kimi qiymətləndirib. O, Azərbaycanın etibarlı tərəfdaş kimi Avropaya qaz ixrac etdiyini, “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini və enerji mənbələrinin şaxələndirilməsinin vacibliyini vurğulayıb. Prezident enerji məsələsində siyasi sabitliyin və beynəlxalq əməkdaşlığın önəmini qeyd edib.

2. Ermənistanda iri şirkətlər fəaliyyətini dayandırır

Ermənistanda iqtisadi sabitliyin pozulması, siyasi qeyri-müəyyənlik və xarici sərmayələrin azalması fonunda bir sıra iri şirkətlər ölkədəki fəaliyyətini məhdudlaşdırır və ya tamamilə dayandırır. Bu, həm vergi gəlirlərinin azalmasına, həm də işsizliyin artmasına səbəb olur. Ekspertlər bu vəziyyəti regionda dəyişən geosiyasi balansla da əlaqələndirirlər.


3. İran-İsrail müharibəsinin nəticələri

İran-İsrail müharibəsi dayansa da özlüyündə Yaxın Şərqdə yeni ittifaqların və düşmənçiliklərin yaranmasına, beynəlxalq güclərin bölgəyə marağının daha da artmasına səbəb olub. ABŞ, Çin və Rusiya kimi aktorların rolu həlledici olaraq qalır.


4. NATO-nun Haaqadakı sammitindən gözləntilər

NATO-nun Haaqada keçirilən sammitində əsas diqqət Rusiyanın təhdidlərinə, Ukraynaya dəstəyin davamlılığına və Avropa müdafiəsinin gücləndirilməsinə yönəlib. Sammitdə həmçinin süni intellektin təhlükəsizlikdə rolu və kiberhücumlara qarşı birgə tədbirlər müzakirə olunur.

5. Tramp-Ərdoğan görüşü Yaxın Şərqdəki vəziyyətə necə təsir edəcək?

Donald Trampla Rəcəb Tayyib Ərdoğanla görüşü Yaxın Şərqdə yeni siyasi dinamikadan qaynaqlanır. Görüşdə Suriya, Fələstin, İran və enerji məsələləri əsas müzakirə mövzusu olub. Trampın Ərdoğanla yaxın münasibətləri regionda ABŞ-Türkiyə koordinasiyasını gücləndirə və müəyyən münaqişələrin həllinə təsir göstərə bilər.