GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli strateji tərəfdaşlıq platforması.

Xarici işlər nazirlərinin gözlənilən növbəti görüşü fonunda qeyd edilən ölkələrin əməkdaşlığının daha da dərinləşməsi, strateji xarakter alması, hərbi-siyasi müstəvidə inkişafı ilə bağlı təhlillərin işlənməsi.

2. Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək verən yeganə Şərqi Avropa ölkəsi olması.

Azərbaycanın müstəmləkəçiliyə qarşı mübarizəyə liderlik etməsi, insan haqlarını manipulyasiya vasitəsinə çevirmiş Avropanın bu məsələnin həllindən uzaq qaçması fonunda mövzunun şərhi.

3. ABŞ və Avropanın Ukraynanın təbii sərvətlərinə iddia etməsi.

Həm ABŞ, həm də Avropa Ukraynanın təbii sərvətlərinə, o cümlədən nadir metal yataqlarına iddia etməyə, soyğunçu şərtlərlə onun ələ keçirilməsinə çalışırlar. Bunun Qərbin əsrlərə dayanan talançı və soyğunçuluq siyasətinin davamı kimi şərh edilməsi.

4. Artıq bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDOS hücumları edilir.

Mövzunun informasiya təhlükəsizliyi kontekstində şərhi.

5. Ermənistan baş nazirinin ölkəsinin Azərbaycanla dəmir yolu əlaqəsini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazır olmasını bəyan etməsi.

Ermənistanın mövzu ətrafında siyasi manipulyasiyalar etməsi, Zəngəzur dəhlizinin yalnız ölkəmizin irəli sürdüyü şərtləri əsasında açılması vacibliyinin önə çəkilməsi.