
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Regionların sosial-iqtisadi inkişafı
Prezident İlham Əliyevin Yevlax və Goranboy rayonlarına səfəri çərçivəsində mövzunun şərhi və təhlili.
2. İsrail və İran arasında sülh perspektivi
Mövzunun ABŞ Prezidenti Donald Trampın İsrail və İranın atəşi tam dayandırmağa razılaşdırması ilə bağlı verdiyi açıqlamalar fonunda şərh edilməsi.
3. Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının şiddətlənməsi
Ermənistanın baş naziri Nikol Paşinyanın bütün ermənilərin katolikosu II Qareginlə bağlı yeni açıqlamaları fonunda mövzunun təhlili.
4. Ermənistan XIN-nin İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı əsassız iddiaları
Rəsmi İrəvanın Azərbaycanı əsassız olaraq Ermənistana ərazi iddialarında ittiham etməsinin şərh edilməsi.
5. İran-İsrail münaqişəsinin Ermənistanın enerji təminatına təsiri
Münaqişə fonunda Ermənistanın İrandan qaz alışında və enerji təchizatında yaranan çətinliklərə dair şərhlərin və təhlili yazıların hazırlanması.