
Media Təhlil Mərkəzinin Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Yaxın Şərqdə müharibənin miqyasının genişlənməsi.
Mövzunun ABŞ-ın da İran-İsrail müharibəsinə qatılması və bunun mümkün nəticələri fonunda şərhi.
2. İƏT-in Nazirlər Şurasında Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbulu.
İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında Qərbi Azərbaycan İcması ilə bağlı qətnamənin qəbulunun əhəmiyyəti kontekstində mövzunun şərhi.
3. Hörmüz boğazının bağlanacağı hədələri fonunda dünya bazarlarında neftin qiymətində gözlənilən dəyişikliklər.
ABŞ zərbələrindən sonra İranın Hörmüz boğazını bağlamağa hazırlaşması, bunun fonunda neftin qiymətinə mümkün təsirləri fonunda mövzunun şərhi.
4. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanatı.
Bu bəyanat fonunda ölkəmizin İran-İsrail müharibəsinin genişlənməsindən narahatlıq ifadə etməsi, regionda sülhün, təhlükəsizliyin tərəfdarı olması, beynəlxalq hüququ dəstəkləməsi barədə təhlil.
5. Ermənistanda əhalinin banklardan aldığı kreditləri ödəyə bilməməsi.
Ermənistanda əhalinin sosial-iqtisadi durumunun pisləşməsi, banklara olan borclarını ödəyə bilməməsi barədə şərh.