GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin açılışı
Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi”nin açılışına hazırlıq, bunun iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşməsi, indiki geosiyasi vəziyyətdə bunun əhəmiyyəti fonunda mövzunun şərhi.

2. İran-İsrail savaşının miqyasının genişlənməsi
ABŞ-nin İsrailin hərbi əməliyyatlarına qoşulmaqla bağlı qərar verə biləcəyinə dair yayılan məlumatlar kontekstində mövzunun şərhi.

3. Azərbaycanda iqtisadi artım
Mövzunun cari ilin yanvar-yay aylarında ölkədə 50 milyard 99,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunması fonunda şərhi.

4. 18 İyun – Azərbaycanda İnsan Hüquqları Günüdür
Azərbaycanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən davamlı islahatlar fonunda mövzunun şərhi.

5. Ermənistan baş naziri Paşinyanın Türkiyə səfəri
Ermənistan rəsmisinin Türkiyəyə ilk rəsmi səfərinin ikitərəfli münasibətlərə və Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesinə mümkün təsirlərinə dair təhlil.