GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Sosial islahatların növbəti mərhələsi.

Prezident İlham Əliyevin sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında imzaladığı fərman, yeni sosial islahat paketinin 3 milyon insanı əhatə etməsi, kontekstində mövzunun şərhi.

2. Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan olunması ilə bağlı hazırlanacaq tədbirlər planı.

Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncam fonunda azad edilmiş ərazilərin turizm cəlbedicliyinin yüksəlməsi, eləcə də regiona investisiyaların cəlb edilməsi mövzusunda təhlil.

3. İran-İsrail savaşı

Mövzunun İran-İsrail savaşı, bunun Yaxın Şərq, o cümlədən Cənubi Qafqaza mümkün təsiri fonunda şərhlər.

4. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri

Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri, bunun iki ölkə, Azərbaycan-Ermənistan sülh müqaviləsinə mümkün təsiri fonunda mövzunun şərhi.

5. Türk Dövlətləri Təşkilatının növbəti qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanda keçirilməsi

Astanada bununla bağlı qəbul olunmuş qərar fonunda Azərbaycanın təşkilatda mühüm rol oynamasına, nüfuz və mövqelərini gücləndirməsinə dair təhlil.