GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Hindistanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti
Hindistanın Yunanıstan və Ermənistanı silahlandırmaq istiqamətində atdığı addımlar fonunda mövzunun şərhi.

2. “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi
“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin reallaşması istiqamətində görülən işlər, 2032-ci ildə işə salınacaq bu dəhlizin Azərbaycana qazandırdığı üstünlüklər fonunda mövzunun şərhi.

3. Rusiya XİN sözçüsü Zaxarovanın Ermənistanda Rusiya hərbi bazasının bağlanacağı iddialarını təkzib etməsi
Mövzunun Rusiyanın Ermənistanı hələ də for-post statusunda görməsi, bu ölkədə hərbi-siyasi mövcudluğunu qoruyub saxlaması, N.Paşinyan hakimiyyətinin Qərbə yönəlik siyasətinin səmərəsiz olması fonunda şərhi.

4. Ermənistan siyasi dairələrində Azərbaycan-Türkiyə hərbi təlimlərinin guya bu ölkəyə qarşı yönəlməsi, Zəngəzur dəhlizinin açılmasına xidmət etdiyi barədə səslənən iddialar
Ərazisində keçirilən təlimlərin Azərbaycanın daxili işi olması, Ermənistanın Zəngəzur Dəhlizi ilə bağlı öhdəliklərindən yayınmaq istəyi, İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin bununla bağlı mövqeyinin əsassızlığı barədə təhlil.

5. Azərbaycanın Mərkəzi Asiyada, eləcə də Özbəkistanda reallaşdırdığı iri investisiya layihələri
Bu və digər layihələrin ölkəmizin investor dövlət imicini gücləndirməsinə dair iqtisadi təhlil.