
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı olacaq
Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan məhəlləsi” adlı yaşayış kompleksinin inşası başa çatıb. Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə açılacaq yaşayış kompleksi ölkələrimizin qardaşlığının simvolik nümunəsi kimi təqdim olunur və zəlzələdən zərər çəkmiş bölgələrdə sosial-iqtisadi dirçəlişə mühüm töhfədir.
2. Neft bazarı və Azərbaycan
Qlobal neft bazarındakı qiymət dalğalanmaları Azərbaycanın enerji ixracından əldə etdiyi gəlirlərə birbaşa təsir göstərir. Son aylar neftin qiymətində müşahidə olunan artım Azərbaycan iqtisadiyyatı üçün müsbət impuls yaratsa da, bazarda qeyri-müəyyənliklər davam edir.
3. Azərbaycanla türkdilli ölkələr arasında investisiya əməkdaşlığı
Azərbaycan türkdilli dövlətlərlə iqtisadi əlaqələri gücləndirmək məqsədilə ortaq investisiya fondlarının yaradılması və regional layihələrdə birgə iştirak mexanizmləri üzərində çalışır. Xüsusilə Orta Asiya ölkələri ilə nəqliyyat-logistika, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq planlaşdırılır.
4. Çinlə Azərbaycan arasında viza rejiminin ləğv edilməsi
Azərbaycan və Çin arasında vizasız gediş-gəlişə dair razılaşma turizm və biznes əlaqələrinə müsbət təsir göstərəcək. Yeni rejim xüsusilə “Bir kəmər, bir yol” təşəbbüsündə iştirak edən şirkətlər və sərmayəçilər üçün əlverişli imkanlar açır.
5. Husilərin İsrailə hücumu
Yəməndəki husilər son günlərdə İsrailə qarşı hücumlarını intensivləşdirib. Onlar Qırmızı dəniz və Aralıq dənizi vasitəsilə pilotsuz uçuş aparatları və raketlərlə hücumlar həyata keçirərək regionda gərginliyi artırırlar. Son məlumatlara görə, Təl-Əvivin Ben Qurion hava limanı raket hücumuna məruz qalıb.