GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. “Sarsılmaz Qardaşlıq” təlimi

Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək hərbi təlimlər, bunun iki qardaş ölkə arasında müdafiə sahəsində əlaqələrin güclənməsinə yeni töhfə olması fonunda mövzunun şərhi.

2. Azərbaycan-Suriya əlaqələrinin inkişafı.

Azərbaycan tərəfindən Suriyada növbəti xeyriyyə aksiyası keçirilməsi, iki ölkə arasında əlaqələrin inkişafı, ölkəmizin yeni Suriya hökumətinə və digər ölkələrə dəstəyi, yardımları fonunda mövzunun şərhi.

3. Ermənistanda parlament seçkilərinin vaxtının təyin edilməsi fonunda ictimai-siyasi vəziyyətin yenidən gərginləşməsi.

Mövzunun Ermənistanda hakimiyyətin kilsə və radikla müxalifətə qarşı başlatdığı yeni kampaniya, qarşı tərəfin buna cavab tədbirləri, parlament seçkilərinin vaxtının təyin edilməsi kontekstində şərhi.

4. Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Russia Today kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktları təhrif edən, Qarabağ bölgəsini “mübahisəli ərazi” kimi göstərməyə cəhd göstərən açıqlaması

Bu açıqlamanın rəsmi Moskvanın indiyə qədərki mövqeyinə zidd olması, ikitərəfli strateji müttəfiqlik müqaviləsi ilə bir araya sığmaması, ölkəmizə mənasız təzyiq cəhdi olması, Ermənistana “xoş gəlmək” məqsədinə xidmət etməsi barədə təhlil

5. İyunun 15-də keçiriləcək İran-ABŞ danışıqlarının 6-cı raundu ərəfəsində münasibətlərin yenidən gərginləşməsi

Trampın rəsmi Tehranı yenidən danışıqları pozmaqda ittiham etməsi, iki ölkə arasında qarşılıqlı ittihamların güclənməsi mövzusunda şərh.