
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-İran əlaqələrinin inkişafında dönüş nöqtəsi
Azərbaycan Prezidenti İlham Əliyev ilə İran dövlət başçısı Məsud Pezeşkian arasında telefon danışığı əsasında mövzunun şərhi.
2. Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatı
Azərbaycanın paytaxtında keçirilən “İmperial quruluş: Kolonial ideologiyalar və reallıqlar arasında” adlı beynəlxalq elmi konfransda Dekolonizasiya və təzminat məsələlərində elmi öhdəliyə dair Bakı Bəyanatının qəbulu, bunun müstəmləkəçiliyə qarşı növbəti mühüm addım olması fonunda mövzunun şərhi.
3. Qlobal ticarət müharibəsinin kəskin xarakter alması
ABŞ Prezidenti Donald Trampın idxal olunan polad və alüminium üçün rüsumları 25 faizdən 50 faizə qədər artıran sərəncam imzalaması, bunun qlobal ticarət müharibəsinə, dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına mümkün təsiri fonunda mövzunun şərhi
4. ABŞ ilə İran arasında nüvə danışıqlarının davamı
Davam etdirilən danışıqların mümkün nəticələrinə dair proqnoz və təhlillər.
5. Qarabağdakı separatçı rejiminə rəhbərlik etmiş Samvel Şahramanyanın istintaqa çağırılması
Şahramanyanın “hərbi qulluqçunun xidməti səhlənkarlığı”, “döyüş vasitələrini düşmənə vermə və ya tərk etmə” maddələri ilə başlanmış cinayət işi çərçivəsində dindirilməsi fonunda Ermənistanın 2023-cü ilədək Qarabağda qanunsuz olaraq ordu saxlaması faktının bir daha təsdiqini tapması mövzusunda təhlil.