
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un Bakıda keçirilən rəsmi açılış mərasimi
Prezident İlham Əliyevin iştirakı və çıxışı fonunda tədbirin əhəmiyyəti, ölkəmizin enerji forumlarında iştirakının əhəmiyyətinə dair şərh.
2. Ermənistanda hakimiyyət-kilsə qarşıdurması
Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının davam etməsi, siyasi məzmun alması fonunda mövzunun şərhi
3. Ermənistanın mina terrorunun davam etməsi
2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olması, bu problemin Ermənistanın mina xəritələrinin indiyə kimi Azərbaycana təqdim etməməsi, bununla terror siyasətini davam etdirməsi kontekstində mövzunun şərhi.
4. Ermənistanın Rusiyanın təsir dairəsindən çıxa bilməməsi
Rusiya Prezidenti Vladimir Putinin Ermənistan baş naziri Nikol Paşinyanla telefon söhbəti və aparılan müzakirələr kontekstində mövzuya dair təhlil
5. Müasir müharibələrdə dron amilinin strateji əhəmiyyəti
Mövzunun Rusiya strateji aviasiyasına qarşı Ukrayna ordusunun son dron əməliyyatı kontekstində PUA faktorunun əhəmiyyəti, Azərbaycanda Silahlı Qüvvələrin dronlarla texniki təminatında görülən işlər fonunda şərhi.