GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin Laçında 28 may – Müstəqillik Günü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı səsləndirdiyi fikirləri

Dövlət başçısının Azərbaycanın tarixi Qələbəsi, ölkəmizin azad edilmiş ərazilərin bərpasına xidmət edən layihələri barədə fikirləri əsasında təhlil.

2. Azərbaycan-Türkiyə-Pakistan hərbi-siyasi əməkdaşlığında yeni mərhələ

Mövzunun Azərbaycan-Türkiyə-Pakistan liderlərinin Laçın görüşləri, aparılan müzakirələr, verilən bəyanatlar kontekstində şərhi.

3. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi

Laçın Beynəlxalq Hava Limanının, eləcə də işğaldan azad olunan ərazilərdə qurulan digər aeroportların strateji əhəmiyyəti, bunun ölkəmizə qazandırdığı üstünlüklər fonunda mövzunun şərhi.

4. Qərbi Zəngəzur ətrafında gərginlik

Mövzunun Rusiya müdafiə naziri Andrey Belousovun Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdafiə nazirləri şurasının iclasında Cənubi Qafqazda regiondankənar dövlətlərin fəallığının artması, xüsusilə Zəngəzur ətrafında gərginlik davam etməsi barədə səsləndirdiyi fikirlər, bunun Gorusda konsulluq açmağa hazırlaşan Fransaya bir mesaj olması kontekstində mövzunun şərhi.

5. Brüsseldə keçirilən Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclasının yekunları üzrə yayılan bəyanatı

Azərbaycanla Avropa İttifaqı arasında münasbətlərin tədricən normal məcraya düşməsi, qarşılıqlı əməkdaşlıq və layihələrə dair təhlil.