
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin İsmayıllı rayonuna səfəri
Dövlət başçısının İsmayıllı rayonuna səfəri fonunda regional və iqtisadi inkişafa dair təhlil.
2. Azərbaycanın islamofobiyaya qarşı mübarizəyə verdiyi töhfələr
Mövzunun Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” beynəlxalq konfransında səslənən fikirlər, Azərbaycanın islamofobiyaya qarşı mübarizəyə verdiyi töhfələr fonunda şərhi.
3. Azərbaycandan Avropaya ikinci enerji marşrutunun açılması
Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqanın Bakıya səfərinin yekunlarına dair verdiyi açılamalar, Azərbaycan qazının Ukrayna üzərindən Avropaya mümkün tranziti barədə səsləndirdiyi fikirlər kontekstində mövzunun şərhi.
4. İnflyasiya amilinin ərzaq təhlükəsizliyinə artan təsiri
Mövzunun BMT-nin İnflyasiya faktorunun ərzaq təhlükəsizliyinə təsirinin artması barədə son hesabatı, Azərbaycanın bu müstəvidə dünyanın əksər ölkələri ilə müqayisədə əlverişli mövqedə olması fonunda şərhi.
5. Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvan Dialoqunda çıxışı
Ermənistan Baş nazirinin sülh və etimad quruculuğu ilə bir araya sığmayan açıqlamalarına dair təhlil.