GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan və Ermənistan arasında növbəti münaqişə təhlükəsi.

Mövzunun ABŞ Dövlət katibi Marko Rubionun Senatın Xarici Əlaqələr Komitəsində sualları cavablandırarkən, Azərbaycan və Ermənistan arasında “real münaqişə təhlükəsi”nin olduğunu deməsi, bunun nə dərəcədə reallığı əks etdirməsi kontekstində şərhi.

2. Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələnin başlanması.

Mövzunun Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanla müttəfiqlik münasibətləri haqqında Müqavilənin təsdiq edilməsi barədə Qanunu imzalaması, bunun iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına zəmin yaratması kontekstində şərhi.

3. Xəzər dənizində suyun səviyyəsinin azalması

Rusiyanın Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi üzrə Federal Xidmətinin rəhbəri İqor Şumakov Sankt-Peterburqda keçirilən XI Nevski Beynəlxalq Ekoloji Konqresində Xəzər dənizində suyun səviyyəsinin azalmasının ən azı növbəti 10-15 il ərzində proqnozlaşdırılacağına dair verdiyi açıqlamalar, bunun hansı ekoloji fəsadalara gətirib çıxaracağı fonunda mövzunun şərhi.

4. İranın Zəngəzur dəhlizinə qarşı çıxması

İranın Ermənistandakı səfirinin ölkəsinin Zəngəzur dəhlizinə qarşı olmasına dair açıqlamaları fonunda təhlil.

5. Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-cı iclası

Azərbaycanla təşkilat arasında hökm sürən siyasi gərginliyin tədricən azalması, əlaqələrin bütün sahələrdə inkişafı barədə təhlil.