
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzuları aşağıdakılar ola bilər:
1. Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin yeni inkişaf mərhələsi.
Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatırmağa hazırlaşması, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin səfəri çərçivəsində imzalanan müqavilələr fonunda mövzunun şərhi;
2. Ukrayna münaqişəsinə yanaşmada ABŞ və Avropa arasında ziddiyyətlərin dərinləşməsi.
Ukrayna münaqişəsinə yanaşmada kollektiv Qərbin yanaşmasında parçalanma qeydə alınması, ABŞ və Avropa arasında ziddiyyətlərin dərinləşməsinin geosiyasi
təsirlərinin şərhi;
3. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin təxribat açıqlamalarının şərhi.
Olivye Dekotinyinin Ermənistanın “İctimai radiosuna” müsahibəsində Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar kontekstində rəsmi Parisin yenə Cənubi Qafqazda sülh quruculuğu prosesinə maneə olmasının şərhi;
4. Azərbaycanın Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasında minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılması ilə əlaqədar təklifi.
Azərbaycanın minalarla ən çox çirklənmiş ölkə olması, Ermənistanın mina terrorunun mülki əhali üçün ciddi təhdid olması, ölkəmizin beynəlxalq səviyyədə mina probleminə diqqətin artırılması istiqamətində təşəbbüslərinin diqqətə çəkilməsi.
5. “S&P Global” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı proqnozları.
İlin əvvəlindən bir sıra nüfuzlu reytinq agentliklərinin cari il üçün Azərbaycanla əlaqədar nikbin proqnozlar irəli sürmələri, bu kontekstdə ölkə iqtisadiyyatının qlobal təlatümlərə rəğmən sabit inkişaf etməsi, investisiya cəlbediciliyini qoruyub saxlaması ilə bağlı təhlillər.