
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Türk Dövlətləri Təşkilatının yüksəlişində Azərbaycanın rolu
Mövzunun Türk Dövlətləri Təşkilatının yüksəlişinə Azərbaycanın verdiyi töhfələr, həmçinin Prezident İlham Əliyevin qurumun Budapeştdə Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirdiyi fikirləri əsasında şərhi.
2. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı
Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciəti, xüsusən də Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının təmin edilməsinin regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərt olması kontekstində mövzunun şərhi.
3. Ermənistanda radikal müxalifətin fəallaşması, hakimiyyət iddiaları
Robert Köçəryan-Serj Sarkisyan cütlüyünün yenidən hakimiyyət iddiaları ilə çıxış etməsi kontekstində mövzunun şərhi.
4. Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsi
Prezident İlham Əliyevin Budapeştdə bununla əlaqədar səsləndirdiyi fikirləri fonunda təhlil
5. Rusiya XİN rəhbəri Lavrovun Ermənistana səfəri.
Ermənistan XİN rəhbəri Lavrovun Ermənistana səfəri və səsləndirdiyi açıqlamalarla bağlı təhlil