
Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması.
ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun “Breitbart” nəşrinə müsahibəsində Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə qoşula biləcək ölkələr sırasında olduğunu bildirməsi, bunun ölkəmizə qazandıracağı üstünlüklər fonunda mövzunun şərhi
2. Azərbaycanın Afrikada mövqeyinin güclənməsi.
Mövzunun xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin Azərbaycanın bu il Afrikanın bəzi ölkələri ilə əməkdaşlığının genişlənəcəyinə dair verdiyi açıqlamalar kontekstində şərhi
3. Ölkəmizin Qlobal Cənub və Qərb arasında vasitəçi olması, körpü rolunu oynaması.
Ölkəmizin geosiyasi mövqeyi, həyata keçirdiyi strateji təşəbbüslər fonunda Azərbaycana Qlobal Cənub və Qərb arasında birləşdirici bağ olması kontekstində mövzunun şərhi.
4. Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Brüsseldə Ermənistanın sülh sazişini imzalamağa hazır olması barədə bəyanatı.
Bu bəyanatın növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış siyasi blef olmasına dair təhlil.
5. Azərbaycan və Pakistan arasında strateji əməkdaşlıq və qarşılıqlı dəstək.
Pakistanın Azərbaycana Hindistanla münaqişədə verdiyi dəstəyə görə təşəkkürünü ifadə etməsi və bunun ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinin bariz nümunəsi olmasına dair şərh.