
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul etməsi
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının sabitləşdirici rol oynaması və yeni geosiyasi təhdidləri neytrallaşdırması ilə bağlı təhlil.
2. Qeyri-neft-qaz sektorunun inkişafı
Cari ilin yanvar-aprel aylarında qeyri-neft/qaz sektorunda 5,3 faizlik artım fonunda mövzunun şərhi.
3. Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması.
Mövzunun Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmasının sülh prosesinə növbəti zərbə olması kontekstində şərhi.
4. Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” sərgiləri
Sərgilərin həm Azərbaycanın dünyada təbliği, həm də ölkəmzidə qida, həmçinin aqrar sektorun inkişafına müsbət təsiri fonunda mövzunun şərhi.
5. Bir sıra ölkələrin Suriyaya qarşı sanksiyaları ləğv etməsi.
Suriyaya qarşı Bəşər Əsəd rejimi dövründə tətbiq edilmiş sanksiyaların ləğvinin bu ölkənin dirçəlməsi və inkişafı, sivil dünyaya inteqrasiyası baxımından əhəmiyyəti.