GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzi (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri, burada iştirak etdiyi mərasimlər kontekstində mövzunun şərhi.

2. Hindistan-Ermənistan hərbi əməkdaşlığının Cənubi Qafqazda sülhə xələl gətirməsi

Mövzunun Hindistanın Ermənistana “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərməyə hazırlaşması, bunun Cənubi Qafqazda sülh prosesinə xələl gətirməsi, irəvanı revanşizmə həvəsləndirməsi fonunda şərhi.

3. İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” və digər bu qəbildən olan layihələrin hazırlanması ilə bağlı səsləndirdiyi fikirlər, bunların azad edilən ərazilərdə turizmin inkişafına, ətraf mühitin mühafizəsinə verdiyi töhfələr kontekstində mövzunun şərhi.

4. Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya sülh təklifi və iki ölkənin rəhbərlərinin Türkiyədə gözlənilən mümkün görüşü

Türkiyənin iki ölkə arasında barışdırıcılıq təşəbbüsləri, bu görüşün atəşkəsin əldə olunması və sülh danışıqlarına başlanılması baxımından əhəmiyyətinə dair şərhlər.

5. Ağdam-Xankəndi dəmir yolunun bərpası

Ağdam–Xankəndi dəmir yolunun bərpasının bölgədə nəqliyyat əlaqələri və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyəti, sərnişin və yük daşınmalarının daha səmərəli, təhlükəsiz olacağı, sənaye və kənd təsərrüfatı məhsullarının bazarlara çıxışının asanlaşacağı barədə təhlillər.