
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri
Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam 7-8 may tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin müzakirə olunması nəzərdə tutulub. Qarşılıqlı investisiyalar, ticarət əlaqələri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq diqqət mərkəzində saxlanılacaq.
2. Azərbaycan mətbuatının 150 illiyinə hazırlıq işləri
Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı hazırlıq işləri davam edir. Yubiley çərçivəsində konfranslar, sərgilər və digər tədbirlərin keçirilməsi planlaşdırılıb.
3. Gündəlik Tehran–Bakı reysləri açıldı
Azərbaycan və İran arasında hava nəqliyyatı sahəsində əməkdaşlıq genişlənir. Yeni razılaşmaya əsasən, Bakı və Tehran arasında gündəlik sərnişin reysləri həyata keçiriləcək. Bu addım ticarət, turizm və mədəni əlaqələrin daha da intensivləşməsinə xidmət edəcək.
4. Lavrov Ermənistana gedir
Rusiyanın xarici işlər naziri Serqey Lavrov yaxın günlərdə Ermənistana səfər edəcək. Səfər çərçivəsində regional təhlükəsizlik, Ermənistan-Rusiya münasibətlərinin müzakirəsi gözlənilir. Analitiklər səfəri Moskvanın Cənubi Qafqaz siyasətində yeni balans axtarışları kontekstində qiymətləndirir.
5. Fridrix Mertz Almaniya kansleri seçilib
Almaniya Xristian Demokrat İttifaqının lideri Fridrix Mertz ölkənin yeni kansleri seçilib. Bu siyasi dəyişiklik Avropa İttifaqı daxilində və Almaniyanın xarici siyasətində yeni prioritetlərin formalaşacağına dair gözləntiləri artırıb. Mertzin iqtisadiyyat və təhlükəsizlik məsələlərində daha sərt mövqe tutacağı proqnozlaşdırılır.