
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1.İran Prezidentinin Azərbaycana səfəri
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında tarixi əlaqələrin gücləndirilməsi və strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm addımdır. Səfər zamanı tərəflər arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalandı, regional məsələlərdə ortaq mövqe nümayiş etdirildi. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan etdi.
2. İsrailin baş nazirinin Azərbaycana gözlənilən səfəri
İsrailin Baş naziri Benyamin Netanyahunun mayın 8-də Azərbaycana planlaşdırılan səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə keçməsi və enerji, təhlükəsizlik sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Səfər, həmçinin bölgədə dəyişən geosiyasi reallıqlara uyğun olaraq Azərbaycanın artan regional rolunu vurğulayacaq.
3. Bako Sahakyan Ermənistan ordusunun Şuşanın işğalında iştirakını təsdiqləyib
Separatçı rejimin keçmiş lideri Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanın işğalında birbaşa iştirak etdiyini açıq şəkildə etiraf edib. Bu bəyanat Ermənistanın Qarabağ münaqişəsindəki hərbi müdaxiləsini və beynəlxalq hüquq normalarının pozulmasını bir daha təsdiqləyir.
4. Qlobal Cənub QHT Platformasına sədrlik Azərbaycana verilib
Azərbaycan Qlobal Cənub QHT Platformasına sədrliyi üzərinə götürərək inkişaf etməkdə olan ölkələr arasında humanitar və sosial sahələrdə əməkdaşlığın gücləndirilməsində liderlik rolunu təsdiqlədi. Bu hadisə Azərbaycanın beynəlxalq QHT sektorunda nüfuzunun artdığının göstəricisidir.
5. İnterpol Emmanuel Makronun mühafizə rəisini qırmızı bülletenlı axtarır
İnterpol Fransa Prezidenti Emmanuel Makronun mühafizə xidmətinin rəhbərini beynəlxalq axtarışa verib. Bu hadisə Fransada dövlət orqanlarında hesabatlılıq məsələləri və hüquqi çətinliklərə dair ciddi suallar doğurub.