
Media Təhlil Mərkəzi Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Prezident İlham Əliyevin Cinə dövlət səfərinin yekunları
Səfər zamanı aparılan müzakirələr, imzalanan sənədlər kontekstində Azərbaycan-Çin münasibətlərinin strateji müstəvidə inkişafına, perspektiv gözləntilərə dair təhlillər.
2. Ermənistanın Fransanın dəstəyi ilə Azərbaycana qarşı hərbi təxribata əl atmasının mümkünlüyü
Parlamentdən “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirə fonunda mövzunun şərhi.
3. ABŞ-də ermənilərin mövqeyinin sarsılması
ABŞ Prezidenti Donald Trampın 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda “soyqırımı” sözündən istifadə etməməsi, bu xüsusda xələfindən fərqli mövqe sərgiləməsinin sözügedən ölkədə ermənilərin mövqeyinin sarsılmasının göstəricisi olması fonunda mövzunun şərhi.
4. Azərbaycan-İran münasibətlərinin inkişafı
İran prezidentinin Azərbaycana aprelin 28-də reallaşacaq səfəri kontekstində mövzunun şərhi.
5. Tanınmış xarici bloger və səyyahların Azərbaycana səfəri
Belə səfərlərin Ermənistanın müharibə cinayətlərinin ifşası, azad edilən ərazilərdə aparılan abadlıq-quruculuq işlərinin, bölgənin investisiya və turizm potensialının təbliği baxımından əhəmiyyəti.