GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın qəbulunun təsiri.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan “Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat” iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu sənəd qarşılıqlı siyasi etimadın, iqtisadi inteqrasiyanın və beynəlxalq təşəbbüslərdə əməkdaşlığın gücləndirilməsinə yönəlib.

2. Azərbaycanla Çin arasında vizasız gediş-gəlişə dair sənədin imzalanması

Azərbaycanla Çin arasında vizasız rejimə dair sənədin imzalanması ikitərəfli münasibətlərdə tarixi hadisədir. Bu addım, ilk növbədə, turizmin, təhsilin və biznes əlaqələrinin inkişafını sürətləndirəcək.

3. İsrailin baş nazirinin Azərbaycana gözlənilən səfəri

İsrailin baş naziri Benyamin Netanyahuya yaxın mənbələrin bildirdiyinə görə, onun Azərbaycana rəsmi səfəri üzərində hazırlıq işləri aparılır. Bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə ola bilər. Səfərin həm regional təhlükəsizlik, həm də Yaxın Şərqdəki proseslər fonunda xüsusi geosiyasi əhəmiyyəti gözlənilir.

4. İstanbulda zəlzələ və Azərbaycanın dəstəyi

İstanbulda baş verən zəlzələ böyük narahatlıq doğurub. Azərbaycan bir daha qardaş Türkiyəyə həmrəylik nümayiş etdirib. Baş nazir Əli Əsədovun Türkiyənin dövlət naziri Cevdet Yılmazla telefon danışığı aparıb.

5. ABŞ-İran danışıqlarının üçüncü raundu başlanır.

ABŞ və İran nümayəndələri arasında nüvə proqramı və regional təhlükəsizliklə bağlı danışıqların üçüncü raundu Mskatda keçiriləcək. Tərəflər sanksiyaların yüngülləşdirilməsi və qarşılıqlı öhdəliklərin icrası üzərində razılığa gəlməyə çalışırlar.