
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzuları aşağıdakılar ola bilər:
1. Ermənistanın baş naziri Nikol Paşinyanın Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinə dair bəyanatı
Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusyanın 2026-cı il parlament seçkilərinə qədər hazır ola biləcəyini deyib.
2. ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh yaratmaq üçün böyük imkana malik olduğunu deyib
Brayza Trampın hələ ki Vaşinqtonda öz hakimiyyətini gücləndirməyə və Ukrayna ilə Rusiya arasında sülhə diqqət yetirdiyini bildirib. Ümid etdiyini bildirib ki, Tramp bu məsələyə də öz töhfəsini verəcək.
3. Naxçıvanda yeni idarəetmə modeli yaradılır
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi müzakirə edilib. Layihə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini, həmçinin Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin edilməsini nəzərdə tutur.
4. Hərbi cinayətkarların məhkəməsində təqsirləndirilən şəxs Arayik Harutyunyan özünü qurban hesab etdiyini bildirib
Arayik Harutyunyan məhkəmədə baş vermiş cinayət hadisələri ilə bağlı təəssüfləndiyini bildirib. O, son 34 ildə Qarabağda hansı proseslərin baş verməsindən xəbərdar olduğunu, münaqişənin Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edildiyini bildirib.
5. Bakıya yağan qarın törətdiyi fəsadlar
Aidiyyatı qurumların qarın fəsadlarının aradan qaldırılmasındakı fəaliyyətinin təhlil edilib işıqlandırılması.