GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1.Azərbaycan-Çin münasibətlərində yeni səhifə

Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər əsasında iki ölkə arasında münasibətlərdə yeni səhifənın açılması kontekstində mövzunun şərhi

2. Azərbaycan Qlobal Cənubun maraqlarının müdafiəçisi kimi

Mövzunun Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində ölkəmizin Qlobal Cənubun maraqlarının müdafiəçisi qismində çıxış etməsinə dair səsləndirdiyi fikirlər əsasında şərhi

3. Ermənistanda yeni konstitusiya çəkişməsi

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyanın ölkənin ana qanununda Azərbaycana qarşı ərazi iddialarının olmadığını bildirməsi, bunun baş nazirin yanaşması ilə ziddiyyət təşkil etməsi fonunda mövzunun şərhi

4. Azərbaycan daxil olmaqla, Qlobal Cənub ölkələrinin dünya arenasında dünya arenasında müstəqil üçüncü qüvvə” kimi formalaşacağı barədə Boston Consulting Groupun hesabatı

Mövzunun Azərbaycanın Qlobal Cənubla Şimal arasında körpü rolunu oynaması, regiondakı sabitləşdirici rolu, tranzit-ticari əlaqələrdə həlledici mövqeyə malik olması kontekstində şərhi.

5. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərin inkişafına xüsusi əhəmiyyət verməsi

Azərbaycanın müşahidəçi üzv olmaq üçün müraciət etdiyi təşkilata üzv ölkələrlə münasibətlərinin yüksələn xətlə inkişaf etməsi, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin ölkəmiz üçün əhəmiyyətinə dair təhlillər.