GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin Çinə gözlənilən səfəri

Azərbaycan Prezidentinin Çinə planlaşdırılan səfəri Bakı-Pekin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Enerji, nəqliyyat və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi səfərin əsas gündəm mövzuları sırasındadır.

2. İran Prezidentinin Azərbaycana gözlənilən səfəri.

İran Prezidentinin Bakıya nəzərdə tutulan səfəri iki ölkə arasında yaşanan gərginlikləri yumşaltmağa xidmət edir. Səfər Tehran-Bakı münasibətlərində yeni balans axtarışı ilə müşayiət olunur.

3. Nikol Paşinyanın Azərbaycanla sərhəd ərazilərə səfəri

Ermənistan Baş naziri Nikol Paşinyanın sərhəd rayonlarına səfəri daxili auditoriyaya ünvanlanan siyasi jest olmaqla yanaşı, sülh danışıqları fonunda sərhədin delimitasiyası ilə bağlı mövqeyin sərgilənməsi baxımından da diqqəti cəlb edir. Səfər həm də müxalifətə qarşı cavab strategiyası kimi qiymətləndirilir.

4. İran-Səudiyyə Ərəbistanı təmaslarında diqqət çəkən məqamlar

Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanın Tehrana səfəri iki tərəfli münasibətlərdə yeni dialoq səhifəsinin açılması kimi dəyərləndirilir. Səfər Yaxın Şərqdə artan diplomatik fəallığın və Pekinin vasitəçilik cəhdlərinin davamı olaraq önə çıxır.

5. Romada keçirilən İran-Amerika danışıqları

İran və ABŞ nümayəndələrinin Romadakı gizli görüşü 2015-ci il nüvə sazişinin taleyi və regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından diqqət çəkir. Diplomatik kanalların qapalı məkanlarda yenidən hərəkətə gəlməsi Vaşinqton-Tehran xəttində açıq siyasi dialoqun mümkünlüyünə dair ümidləri artırır.