GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Avropa Şurası Parlament Assambleyasının anti-Azərbaycan siyasəti.

Mövzunun “Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulosun “Alpha News” qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaların bu qurumun ölkəmizlə münasibətlərini normallaşdırmaqda maraqlı olmaması, anti-Azərbaycan dairələrin, o cümlədən ermənilərin təsiri altında fəaliyyət göstərməsi fonunda şərhi.

2. Suriyanın yenidən qurulmasında Azərbaycanın iştirakı.

Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa ilə görüşü, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Azərbaycan Prezidenti İlham Əliyevin Suriyanın yenidən qurulmasında Türkiyə ilə məsləhətləşmələr aparmasını bildirməsi, ölkəmizin Suriyaya son yardımları fonunda mövzunun şərhi.

3. Ermənistanın sülh prosesini əngəlləməsi.

Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən panel müzakirədə erməni tərəfinin açıqlamalarının İrəvanın sülh prosesinə əngəl yaratmaq siyasətindən əl çəkməməsinin növbəti göstəricisi olduğunun təsdiqlənməsi fonunda mövzunun şərhi.

4. Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə qətiyyətli dəstəyini davam etdirməsi.

Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində və digər beynəlxalq platformalarda Şimali Kipr Türk Cümhuriyyətinə dəstək verməsi, bu ölkənin Prezidenti Ersin Tatatın ölkəmizin mövqeyini yüksək qiymətləndirməsinə dair təhlillər.

5. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması.

Ermənistanın baş naziri Arorat Mirzoyanın Antalya Diplomatik Forumunda iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı səsləndirdiyi fikirləri, bu prosesin Azərbaycanın maraqları təmin olunmadan həyata keçirilməsinin mümkünsüzlüyü ilə bağlı şərhlər.