
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1.Ermənistanın müəyyən xarici qüvvələr tərəfindən silahlandırılmasının davam etdirilməsinin regionda sülhə yaratdığı təhdidlər
Mövzunun Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bu xüsusda dedikləri əsasında mövzunun yenidən gündəmə gətirilməsi, bunun hansı nəticələrə gətirib çıxaracağı fonunda mövzunun şərhi.
2. ABŞ-Çin-Avropa İttifaqı üçbucağında kəskinləşən ticarət müharibəsi
ABŞ-Çin-Avropa İttifaqı üçbucağına ticarət müharibəsinin daha kəskin xarakter almağa başlaması, bunun dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına mümkün təsiri kontekstində mövzunun şərh olunması.
3. Azərbaycan türkdilli aləmə, Türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa verdiyi töhfələr
Mövzunun Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bu müstəvidə dedikləri əsasında işlənilməsi, ölkəmizin Türk dünyasının yeni yüksəlişində oynadığı rol fonunda mövzunun şərhi.
4. Azərbaycanın regionda sabitləşdirici rolu
Azərbaycanın fəal regional aktor olaraq münaqişələrin həllində vasitəçilik etməsi (Rusiya və Türkiyə, Türkiyə və İsrail arasında), ölkəmizin barışdırıcı rolu və missiyasına dair şərhlər.
5. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə aprelin 15-də Nyu-Yorkda keçiriləcək
“Dekolonizasiya: Sakit inqilab” adlı beynəlxalq konfransla bağlı Azərbaycanın daim Kiçik Ada dövlətlərinin yanında olmasına, ölkəmizin bununla bağlı son iki ildə əldə etdiyi nəticələrə, Fransanın müstəmləkəçilik siyasətinin ifşasına dair.