GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzuları aşağıdakılar ola bilər:

1. Prezident İlham Əliyevin Xankəndində Zəfər parkının təməlini qoyması

Tarixi Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan bu addım həm də regionda separatizmə son qoymasının növbəti parlaq göstəricisidir. Bütün bunlarla yanaşı, Azərbaycan suverenliyini bərpa eydiyi tarixi ərazilərində abadlıq-quruculuq və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirir.

2. Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa ideoloji mesajla müraciəti.

Müraciətdə qonşularla sülh şəraitində  yaşamağın və  yeni Konstitusiyanın qəbulunun vacibliyini önə çəkməsi, Azərbaycanın yanaşmasının Ermənistanda qəbul olunmasının diqqət mərkəzində yer alması.

3. Fransa Qanunvericilik Assambleyasının üzvü Silven Meyların Azərbaycanın “Fransada sabitliyi pozmasından” şikayətlənməsi

Bundan əvvəl də Fransa rəsmilərinin Azərbaycandan analoji narazılığının xatırlanması, Prezident İlham Əliyevin cari ilin yanvarın 7-də  yerli  televiziya kanallarına son müsahibəsi zamanı səsləndirdiyi fikirləri əsas götürərək bu cür yanaşmaların ölkəmizin qüdrətinin daha da yüksəldiyini göstərməsi fonunda şərh edilməsi.

4. Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr Komissiyalarının İstanbulda keçirilən ikinci toplantısı.

Beynəlxalq nizamın pozulduğu, çoxsaylı təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə türk dövlətlərinin əməkdaşlığının dərinləşməsi, dünya miqyasında mövqeyinin güclənməsinin şərhi.

5. ABŞ-nin yeni Administrasiyasının Rusiya-Ukrayna müharibəsinə yanaşması, bu kontekstdə beynəlxalq hüququn güc amilindən asılı vəziyyətə düşməsi

Mövzunun şərhi zamanı ABŞ-nin Ukrayna ilə bağlı mövqeyinin kəskin dəyişməsi fonunda Azərbaycan Prezidenti İlham Əliyevin güclünün dünyada haqlı kimi qəbul olunması barədə fikirlərinin bir daha öz təsdiqini tapması, ölkəmizin həyata keçirdiyi xarici siyasətin milli maraqlara uyğunluğu xüsusi qeyd edilməlidir.